Teatr sevgisi bütün çətinliklərə qalib gəldi

Teatr sevgisi bütün çətinliklərə qalib gəldi

Ötən həftənin ikinci yarısından başlayaraq güclü və aramsız yağan qar şəhər həyatına öz gözəllikləri ilə bərabər, bir sıra çətinliklər də gətirdi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı öz fəaliyyətini bir gün də olsa dayandırmadı.

Teatrdan SİA-ya verilən məlumata görə, həmin günlər üçün nəzərdə tutulan əsərlər uğurla nümayiş etdirilib. Tamaşaların təşkili üzrə direktor müavini Hüseyn Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, Musiqili Komediya Teatrı adəti üzrə şənbə və bazar günlərində öz tamaşaçılarını yenə də sevindirib.

Onun sözlərinə görə, istər "Ər və arvad" (Ü.Hacıbəyli), "Düyməcik" (X.Anderson), "Talelər Qovuşanda" (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), istərsə də fevral ayının ilk günlərində göstərilən "Bir dayan, canavar!" (R.Ağayeva, A.Xayt), "Kələkbazlar" (S.Ələsgərov, İ.Məlikzadə) və "Qısqanc ürəklər" (R.Mirişli.M.Haqverdiyev) tamaşalarında kifayət qədər tamaşaçının olması bir daha sübut etdi ki, tamaşaçıların teatrımıza marağı və sevgisi hər bir çətinliyə qalib gəlir.


Bütün xəbərlər Facebook səhifəmizdə