Serbiyanın RTS televiziya kanalında Azərbaycanın Eurovision Mahnı Müsabiqəsinə hazırlıqları ilə bağlı veriliş yayımlanıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, RTS televiziyasının əməkdaşı Tanya Şıkıç (Tanja Šikić) "Buta Palace\"da keçirilən müsabiqənin rəmzi Açar Təqdimetmə mərasimindən növbəti reportajını qonaq olduğu proqramda təqdim edib. Studiyada təəssüratlarını bölüşən televiziya əməkdaşı paytaxt Bakının müsabiqəyə hazırlıqlarından söhbət açıb. O, İçərişəhər, Qız Qalası, ümumilikdə paytaxtımızın yaddaşlara həkk olunduğunu deyib.
Verilişdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vajoviçlə də telefon bağlantısı qurulub. Cənab səfir ölkədəki hazırlıqlar barədə danışıb.
Azərbaycanın tanıtım videoçarxları üçün keçirilən ilk kastinqlər, Bakıda yaradılacaq Eurovision muzeyi, şounun keçiriləcəyi "Bakı KristalZalı" barədə isə "Moldova1" televiziyasının hazırladığı növbəti geniş reportajda danışılır.
Azərbaycandakı təəssüratlarından çıxış edən jurnalistlər may ayında Bakıda fəqrli bir Eurovosion şousuna şahid olacaqlarını əminliklə deyir.
Bakıdakı Eurovision şousunun müsabiqənin 57 illik tarixindəki digər şoulardan həm də milli çalarların zənginliyi ilə seçiləcəyini deyən Moldovalı həmkarımız may ayında bütün turistlərin qonaqpərvər Azərbaycanda xoş günlər keçirəcəyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB