İrlandiyanın təmsilçisi fevralın 24-də məlum olacaq

İrlandiyanın təmsilçisi fevralın 24-də məlum olacaq
İrlandiyanın \"Eurovision- 2012\"dəki təmsilçisi və mahnısı fevralın 24-də "RTE 1" kanalında yayımlanan "The late late show" proqramında elan olunacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, finalda 5 ifaçı yarışır:


Maria McCool (ifa etdiyi mahnı "Tears of an angel")

Donna McCaul (ifa etdiyi mahnı "Rocket launch")

David Shannon & Una Gibney (ifa etdiyi mahnı "Language of love")

Andrew Mann (ifa etdiyi mahnı "Here I am")

Jedward (ifa etdiyi mahnı " On top of the world")


Qeyd edək ki, qaliblər tamaşaçı səsverməsi və münsiflər heyətinin birgə qərarı əsasında müəyyən ediləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə