\"Eurovision- 2012\" üzrə qeyri-qanuni internet səhifələrlə bağlı tədbirlər görüləcək
\"Eurovision- 2012\" mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbirlər görüləcək. SİA-nın məlumatına görə, bunu eurovision.az saytına açıqlamasında müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker (Sietse Bakker) deyib.
Sietse Bekkerin sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradır. "Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik". Sietse Bekker 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu deyib.
Qeyd edək ki, müsabiqənin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB