Rusiyanın məşhur qrupu roliklər üzərində şou göstərəcək

Rusiyanın məşhur qrupu roliklər üzərində şou göstərəcək

Martın 24-25-də Heydər Əliyev Sarayında Rusiyanın çox populyar "МЕТЕЛИЦА" qrupunun "Buz revyusu" adlı roliklər üzərində şou-baleti keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, proqramda müasir və klassik rəqslər, solo nömrələr, sirk elementləri olan nömrələr, orijinal janrda çıxışlar və tryuklar təqdim olunacaq.

Öz qeyri-adiliyi və rəngarəngliyi ilə seçilən şou balet uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək "МЕТЕЛИЦА" qrupunun "Buz revyusu" adlı roliklər üzərində şou-baletinin biletləri artıq satışdadır.

Biletlərin qiyməti 5 -30 manat arasındadır.

Qeyd edək ki, "МЕТЕЛИЦА" qrupu Beynəlxalq və Rusiyada keçirilən bir çox konkursların laureatı, Fransada (Qrif D-Arjent) gümüş medalların və kubokun sahibi, buzda kütləvi rəqs etmək üzrə ikiqat Rusiya çempionudur. Bundan əlavə uşaqların, yeniyetmələrin incəsənət və mədəniyyət sahəsində hər tərəfli inkişafına, ölkənin idman imicinin möhkəmləndirilməsinə, milli adətlərin qorunması və inkişafına, ölkə mədəniyyətinin xaricdə uğurlu təqdim etdiklərinə görə bir çox qramota və təşəkkürnamələrə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə