\"Eurovision- 2012\"nin promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlərə start verilib- FOTOSESSİYA
Bu gün \"Eurovision- 2012\" mahnı müsabiqəsinin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün ikinci kastinqlərə start verilib. SİA-nın məlumatına görə, seçimlərə saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılır.
Kastinqlərin başlamasından bir neçə saat keçməsinə baxmayaraq artıq 200-ə yaxın iştirakçı iştirak edib. İştirakçılar arasında istər böyük, istərsə də cavan nəsil olub.
Məlumat üçün bildirək ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-dakı seçimlərə gələn şəxslər fevralın 4-dəki kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar video çəkilişə dəvət olunacaq.
Qeyd edək ki, kastinqin keçirilməsində məqsəd \"Eurovision- 2012\" mahnı müsabiqəsinin tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB