Bakıda olan Serbiyanın "RTS" televiziyası Azərbaycanın Eurovision mahnı müsabiqəsinə hazırlıqlarından reportaj yayımlayıb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, "RTS" televiziyasının çəkiliş heyəti yanvarın 25-də "Buta Palace"da keçirilən Eurovision 2012-nin Açar Təqdimetmə mərasimində iştirak edib.
Serbiya kanalının xüsusi müxbiri Bakı təəsüratlarından çıxış edərək builki müsabiqənin digərlərindən möhtəşəmliyi ilə fərqlənəcəyini deyib.
Telekanalın rəsmi internet səhifəsində Eurovision 2012-nin keçiriləcəyi "Bakı Kristal Zalı" barədə, eləcə də İçərişəhər və modern Bakı barədə fotoreportaj verilib.
http://www.rts.rs/page/rts/sr/pesma+evrovizije/Pesma-Evrovizije-2012/story/1926/Vesti/1034342/Kristalna+dvorana+u+Bakuu+dobila+zeleno+svetlo.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB