Moldova televiziyası Azərbaycanın \"Eurovision-2012\" hazırlıqlarından reportaj yayımlayıb

Moldova televiziyası Azərbaycanın \"Eurovision-2012\" hazırlıqlarından reportaj yayımlayıb

Yanvarın 25-də Bakıda qonaq olan "Moldova-1" televiziyasının çəkiliş heyəti "Buta Palace"da keçirilən Eurovision 2012-nin Açar Təqdimetmə mərasimindən, eləcə də may ayındakı şouya hazırlıqlardan reportaj hazırlayıb. SİA-nın "eurovision.az" istinadən yaydığı məlumata görə, Bakının bu möhtəşəm müsabiqəyə hazırlıqlarına heyran olan moldovalı həmkarlarımız Eurovision 2012-nin uğurlu keçiriləcəyini bildirirlər.


Reportajda Azərbaycan muğamından, xalq artisti Alim Qasımovun "Buta Palace"dakı ifasından, "Eurovision" ulduzları Ruslana və Səfurənin çıxışlarından da bəhs edilir.



Bütün xəbərlər Facebook səhifəmizdə