Səməd Vurğunun ev-muzeyi bir müddət ziyarətçiləri qəbul etməyəcək
Səməd Vurğunun ev-muzeyində uzun müddətdən sonra əsaslı təmir işlərinə başlanılıb. SİA-nın məlumatına görə, təmir işləri Prezident İlham Əliyevin xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri ilə bağlı müvafiq Sərəncamına uyğun aparılır. Sərəncama əsasən, bu məqsəd üçün Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan 300 min manat ayrılıb.
Əsaslı təmir işləri yüksək səviyyədə aparılır. Təmirlə əlaqədar olaraq muzey müvəqqəti olaraq ziyarətçiləri qəbul etmir. Burada işlər başa çatdıqdan sonra muzey zəruri avadanlıqla təchiz olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB