“Həftəlik Bakı” eurovision.tv saytında- FOTOSESSİYA

“Həftəlik Bakı” eurovision.tv saytında- FOTOSESSİYA

Eurovision Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Bakının maraqlı görüntülərini müsabiqənin eurovision.tv rəsmi internet saytında görə bilərsiniz. SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, səhifədə Bakı şəhərinin sosial-mədəni həyatı ilə bağlı silsilə foto reportajlar verilir.


Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupunun hazırladığı "Həftəlik Bakı" layihəsi çərçivəsində eurovision.tv saytında paytaxtın mədəni həyatında baş verən əsas hadisələrdən fotolar yerləşdirilir. Layihəyə artıq üç həftədir start verilib.


Növbəti həftəlik fotolar arasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından, ÜNS Teatrının səhnəsindəki tamaşalardan, həmçinin Eurovision 2012-nin Açar Təqdimetmə və Püşkatma mərasimindən fotolar var.



Bütün xəbərlər Facebook səhifəmizdə