Litva “Eurovision -2012” üçün təmsilçisinin seçimlərinə bu həftə başlayır
Litva "Eurovision – 2012" mahnı müsabiqəsi üçün təmsilçisinin seçimlərinə başlayır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, milli seçimə şənbə günü - fevralın 4-də start verəcək. Yarımfinal, eləcə də final mərhələsi fevral-mart aylarında keçiriləcək. Sabah keçiriləcək xüsusi mətbuat-konfransında Litvanın milli seçim turunun qaydaları və formatı bəlli olacaq.
Bildirilir ki, Litvanın "Eurovision" Mahnı Müsabiqəsi – 2012-dəki təmsilçiliyi uğrunda ümumilikdə 47 namizəd iştirak edəcək. Səslərin sayılmasında tamaşaçıların və münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli finalda 3 namizəd iştirak edəcək və münsiflər heyəti onların arasından ən layiqlisini seçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB