Azərbaycanın əməkdar artisti, nağara ustası Natiq Şirinov solo-konsertə hazırlaşır. SİA-nın məlumatına görə, konsert fevralın 11-də Caz Mərkəzində keçiriləcək. Bu məşhur ifaçının nağara ritmləri yalnız Azərbaycanda deyil, həm də ölkədən kənarda məşhurdur.
Qeyd edək ki, Azərbaycan milli musiqisinə yaxşı bələd olan, mağara ustası, Azərbaycanın ilk ritm-bəstəkarı Natiq Şirinov bütün dünyada tanınır və bir çox mükafatlar qazanıb. 1999-cu ildən 2007-ci ilə qədər Natiq Şirinov Alim Qasımovun folk-qrupunun heyətində qastrollara gedib. 2007-ci ilin sentyabr ayında Natiq Şirinov Azərbaycanın əməkdar artisti adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB