Bakıda anadan olan erməni əsilli müğənni \"Eurovision- 2012\"də Ermənistanı təmsil edəcək
Amerikalı müğənni və Bakıda doğulan erməni əsilli Lucia Moon Azərbaycanda keçiriləcək \"Eurovision- 2012\" mahnı müsabiqəsində Ermənistanı təmsil edəcək iştirakçılar sırasındadır. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, adıçəkilən müğənni Ermənistanda keçirilən milli seçimlərdə liderlik edir.
L. Moon müsabiqə üçün yazdırdığı mahnının iki variantını artıq erməni televiziyasına təqdim edib. Erməni mətbuatının yazdığına görə, mahnılar münsiflər heyəti tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, Lucina Babayants (Lucia Moon) 1978-ci ildə Bakıda anadan olub. 10 yaşına qədər isə burada yaşayıb. 1988-ci ildə isə ailəsi ilə birlikdə Ermənistana köçüb. 4 ildən sonra isə ABŞ-a gedib. Bu gün isə o, Los Ancelesdə yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB