Milli Seçim turunun 8 yarımfinalçısı şanslarını necə dəyərləndirir?

Milli Seçim turunun 8 yarımfinalçısı şanslarını necə dəyərləndirir?

\"Eurovision- 2012\" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyən edilməsi üçün keçirilən Milli Seçim turunun yarımfinal mərhələsinə vəsiqə qazanan 8 ifaçı artıq final uğrunda mübarizəyə başlayır. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, çıxış ərəfəsində yarışmaçılar öz fikirlərini bildiriblər:


Orxan Kərimli: "Düşünürəm ki, bu həftə rəqabət daha güclü olacaq. Çünki bütün iştirakçılar istedadlıdır. Özümə güvənirəm, daha da yaxşı hazırlaşacam. Məncə Eurovision təmsilçisinə lazım olan xüsusiyyətin hamısı məndə var".


Məryəm Kərimova: "Bu dəfə də çalışacağam ki, əlimdən gələni edim. Çünki finalda özümü görmək istəyirəm".


Xəyyam Mustafazadə: "Bu həftə mənim üçün çox fərqli olacaq. Tamamilə yeni layihələrlə tamaşaçıların qarşısına çıxacağam".


Fəqan Səfərov: "8 güclü ifaçının çıxışı tamaşaçılara çox gözəl şou vəd edir. Çünki bir-birindən güclü ifaçılar yarışacaq. Tamamilə fərqli janrda xüsusi repertuar hazırlamışam".


Elton İbrahimov: "Yarımfinalçıların hər biri fərqlənir. Hamısı parlaq ifaçılardır. Məncə münsiflər heyəti ən düzgün seçimi edəcək. Özümə inanıram və qələbə üçün çalışacam".


Adil Baxışlı: "Bu dəfə daha güclü repertuarla çıxış edəcəm. Çox yaxşı hazırlaşmışam. Güclü rəqiblərim var. Özümü finalda görürəm".

Səbinə Babayeva: "Həftə ərzində özümü layiqincə təqdim etməyə çalışacam. Bu dəfəki mübarizənin həm gərgin, həm də maraqlı olacağına inanıram".


Arzu İsmayılova: "Çıxış etdiyim həftədə təcrübə əldə etdim. Özümü finalda görürəm".


Qeyd edək ki, SMS və münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən 8 yarımfinalçıdan 5-i finala vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə