İslandiya, Macarıstan və Norveç Eurovision təmsilçilərini seçir
İslandiyanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinin təmsilçisinin seçilməsi üzrə keçirilən "Söngvakeppni Sjónvarpsins" müsabiqəsinin sonuncu yarımfinalı olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, nəticələrə əsasən, finalda 7 iştirakçı yarışacaq.
Macarıstanda da Milli Seçimlərin 4 finalçısı məlum olub. Sonuncu yarımfinalın nəticələrinə görə, münsiflər heyəti tərəfindən finala Compact Disco, Gábor Heincz, Gabi Tóth və Caramel layıq görülüb.
Norveçin Larvik şəhərində ölkənin builki müsabiqəsidə iştirak edəcək təmsilçisinin müəyyənləşməsi üzrə keçirilən Melodi Grand Prix müsabiqəsinin ikinci yarımfinalı olub. Nəticələrə əsasən, fevralın 11–də keçiriləcək milli finalda Plumbo ("Ola Normann"), Tommy Fredvang ("Make It Better") və Malin Reitan ("Crush") təmsilçilik adı uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB