Gənc Tamaşaçılar Teatrında yeni əsər hazırlanır

Gənc Tamaşaçılar Teatrında yeni əsər hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işlərinə start verilib. Teatrdan SİA-ya verilən məlumata görə, gənc dramaturq Kamran Ağabalayevin "Hekayəti – Şahzadeyi Xəzər" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və rəqslərin quruluşçusu Nicat Kazımovdur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu İsa Əsədova məxsusdur.

Tamaşada Azərbaycan ədəbiyyatının ən qədim növü sayılan şifahi xalq ədəbiyyatının ən gözəl nümunələrindən sayılan bir neçə nağılın birləşməsindən istifadə olunub. Səhnə əsərində rolları xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehrəliyev, İlham Əsəsdov, Asya Atakişiyeva, Ceyhun Məmmədov, Emin Sevdiməliyev, Natiq Fərzəliyev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Elnur Hüseynov, Anar Seyfullayev, Zülfiyyə Alhüseynova, Vahid Orucoğlu və başqaları ifa edəcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə