Ermənistan “Eurovision- 2012”dəki təmsilçisinin adını martda açıqlayacaq
Ermənistan Azərbaycanda keçiriləcək "Eurovision- 2012" mahnı müsabiqəsi üçün milli seçimlərinə başlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan müsabiqə üzrə nümayəndə heyətinin rəhbəri Qohar Qasparyan açıqlamasında bildirib.
Martın 18-dən gec olmayaraq Ermənistanı müsabiqədə təmsil edəcək ifaçının adı açıqlanacaq.
Ermənistanın milli yayım kanalı olan ARMTV və İctami TV-nin birgə ekspertləri və musiqiçilər tərəfindən ölkə təmsilçisi seçiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB