Azərbaycanın ilk kinorejissorunun yeni foto sənədləri Bakıya gətirilib
Azərbaycanın ilk kinorejissorlarından olmuş Mikayıl Mikayılovun yeni foto sənədləri Dövlət Film Fonduna təqdim olunub. Fondun mətbuat katibi Rəşad Qasımovun SİA-ya verdiyi məlumata görə, sənədlər Gürcüstanın şəxsi arxivindən daxil olub. Onları Mikayıl Mikayılovun həyat yoldaşının qohumları fonda hədiyyə edib.
Qeyd edək ki, Mikayıl Mikayılov Azərbaycan kinosunun ilk rejissorlarındandır. Bir necə filmin ssenari müəllifidir. 1924-cü ildən fəaliyyətə başlayan rejissor çoxlu sayda sənədli-xronika filmləri çəkib. İlk bədii filminə – "Lətif"ə 1930-cu ildə quruluş verib. Sonralar "İsmət", "Bir ailə", "Mahnı belə yaranır" bədii filmlərinin quruluşçu rejissoru olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB