"Eurovision-2012" mahnı müsabiqəsinin səsverməsi şounun son 15 dəqiqəsində həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu müsabiqənin icraedici rəhbəri Yan Ola Sand deyib.
O bildirib ki, bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini şoudan yayındırmamaqdır: "Son iki ildə yeni səsvermə üslubunu sınadıq. Səsvermə prosesi bütün şou boyu həyata keçirildi, amma gördük ki, bu tamaşaçıların şounu yaxşı izləmələrinə mane olur. Qərara gəldik ki, bu ildən etibarən şounun sonunda 15 dəqiqə səsverməni bərpa edək. Mayın 22-si, 24-ü və 26-da Bakıdakı şouda səsvermə məhz bu cür baş tutacaq. Səsvermə prosesi 50 faiz tamaşaçı, 50 faiz isə münsiflər heyətinə aiddir".
Müsabiqənin təşkilatı işlər üzrə rəhbəri Sitse Bakker, hər üç şounun Bakı vaxtı ilə saat 24:00-da başlayacağını deyib: "Hər üç şounun saatı artıq məlumdur. Ənənəvi olaraq şounun vaxtı eynidir. Bu Bakı vaxtı ilə saat 24:00-a düşür və Avropa vaxtı ilə ötən illərdəki eyni saatda başlayacaq. Düşünürük ki, bu şounu izləmək üçün ən gözəl vaxtdır və Azərbaycan əhalisi də bu saatda möhtəşəmliyi izləməkdən məmnun olacaq. Bu saatda şounun ayrı ləzzəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB