Aysel Teymurzadə: \"İnanıram ki, bu il ölkəmizdə keçirilən müsabiqə “Eurovision” tarixində unudulmza izlər buraxacaq\"

Aysel Teymurzadə: \"İnanıram ki, bu il ölkəmizdə keçirilən müsabiqə “Eurovision” tarixində unudulmza izlər buraxacaq\"

\"İnanıram ki, bu il ölkəmizdə keçirilən müsabiqə "Eurovision" tarixində unudulmza izlər buraxacaq\". Bunu SİA-ya açıqlamasında Azərbaycanı 2009-cu ildə \"Eurovision\" mahnı müsabiqəsində təmsil edən və ölkəmizə üçüncülük qazandıran Aysel Teymurzadə bildirib.


O, builki müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçıya uğurlar arzulayıb: \"Təmsilçimiz qarşısına qoyduğu məqsədə doğru addımlamalıdır. Artıq loqomuz və şüarımız - \"Light your fire!\" müəyyən olunub. Loqoda təsvir olunan od da təsadüfi seçilməyib, çünki könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər, qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlara mədəniyyət incilərimizdə öz əksini tapıb".


Bütün xəbərlər Facebook səhifəmizdə