Ermənistan Bakıda keçiriləcək “Eurovision -2012” mahnı müsabiqəsində təmsil olunacaq
Ermənistan Bakıda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsində iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand deyib.
\"Eurovision\" rəsmisinin sözlərinə görə, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək: "Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB