Yan Ola Sand: \"Bu il də Azərbaycan müsabiqənin qalibi ola bilər\" - MÖVQE

Yan Ola Sand: \"Bu il də Azərbaycan müsabiqənin qalibi ola bilər\" - MÖVQE

"Azərbaycan son dörd il ərzində "Eurovision" müsabiqəsində yüksək səviyyədə təmsil olunub. Səviyyəli ifaçılıq nümayiş etdirilib və bizim üçün Azərbaycanın dörd illik təmsilçilikdən sonra qalib gəlməsi şok deyildi. Bu il də Azərbaycan müsabiqənin qalibi ola bilər". SİA-nın məlumatına görə, bu fikirləri "Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand deyib.

Onun sözlərinə görə, Azərbaycanda növbəti püşkatma mərasimi bu ilin martında keçiriləcək. Bu püşkatma yarımfinallar və final mərhələlərinin sıralanması ilə bağlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə