“Almanax”ın ikinci nəşri işıq üzü gördü-FOTOSESSİYA

“Almanax”ın ikinci nəşri işıq üzü gördü-FOTOSESSİYA

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "İrəli" Ədəbi Məclisin həyata keçirdiyi ənənəvi layihələrdən biri olan "Almanax" kitabının ikinci nəşri və audio kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə AYB-nın katibi, xalq yazıçısı Çingiz Abdullayev, "İrəli"nin sədri, millət vəkili Ceyhun Osmanlı, əməkdar jurnalist, millət vəkili Aqil Abbas, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli və "Almanax"ın yazarlarından olan, Ədəbi məclisin sədri Orxan Muxtarlı iştirak edib.

Tədbirdə çıxış edən Ceyhun Osmanlı "Almanax" haqda fikirlərini bildirib: "3 il ərzində 11 kitabın işıq üzü görməsinə yardımçı olmuşuq. Yetər ki, gənclərimiz yazsınlar".

Onu da qeyd edək ki, Orxan Muxtarlı \"Almanax\"ın birinci nəşrinin müəllifidir.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə