Belarusun Milli Dövlət Televiziyasının nümayəndələri Bakıda səfərdədir
Belarusun Milli Dövlət Televiziyasının nümayəndələri Bakıda səfərdədir. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İctimai Televiziyada olub.
Belarus Milli Dövlət Televiziyası sədrinin müavini Marat Markov İTV ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib: \"Bu gün Eurovision-2012 mahnı müsabiqəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tədbirlər keçiriləcək. Azərbaycanda olmaqdan və bu möhtəşəm şounu canlı izləcəyimizdən əlbəttə ki, məmnunuq, Belarusda bu müsabiqəyə böyük önəm verilir. Artıq indidən hər kəs mayda keçiriləcək müsabiqənin necə olacağını səbirsizliklə gözləyir. Əminəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu mahnı müsabiqəsi qeyri-adiliyi və möhtəşəmliyi ili yadda qalacaq. Hazırda biz 5 finalçını müəyyən etmişik. Onlardan kimin Bakı səhnəsinə çıxacağı isə yaxın vaxtlarda məlum olacaq\".
\"Azərbaycanın İctimai kanalı ilə əməkdaşlığa gəldikdə isə onu vurğulamaq istərdim ki, bu bizim marağımızdadır. Biz ölkələrimizin mədəniyyəti, tarixi və bu günki inkişafına dair filmlərin çəkilməsini planlaşdırırıq. Bundan başqa isə bu günədək televiziyalarımız arasında 3 telekörpü reallaşdırılıb. Bu iş gələcəkdə də davam etdiriləcək\",- deyə sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB