\"Eurovision\" Mahnı Müsabiqəsinin qalibləri Bakıda toplaşıb

\"Eurovision\" Mahnı Müsabiqəsinin qalibləri Bakıda toplaşıb

\"Eurovision\" Mahnı Müsabiqəsinin qalibləri Bakıda toplaşıb. Müsabiqənin İşçi Qrupundan SİA-ya verilən məlumata görə, bu gün Azərbaycanın bu müsabiqəyə ev sahibliyi ilə bağlı keçiriləcək təntənəli mərasimdə iştirak etmək üçün müsabiqənin 2004-cü il qalibi Ruslana, 2009-cu il qalibi Aleksandr Rıbak, 2010-cu il qalibi Lena Mayer paytaxta qonaq gəlib.


Bu gün "Buta Palace" səhnəsində Azərbaycana Eurovision qalibiyyəti gətirən Eldar Qasımov və Nigar Camal, 2009 və 2010-ci illərdəki təmsilçilərimiz Aysel Teymurzadə və Safurə Əlizadə ilə yanaşı, Aleksandr Rıbak, Ruslana və Lena Mayer də çıxış edəcək.


Qeyd edək ki, bu gün \"Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarının Düsseldorfdan Bakıya təhvili, may ayında keçiriləcək Eurovision 2012-nin yarımfinallarında iştirak edən ölkələr üzrə püşkatması, builki müsabiqənin loqo və şüarının prezentasiyası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə