\"Eurovision–2011\"-in qalibləri: \"Bu il də ölkəmizin qalib olmasını çox istərdik\"
"Eurovision–2012"-də Bakıya xaricdən qonaqlar gələndə bizdən nəsə götürəcəklər, burada da onlardan nəsə qalacaq\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında \"Eurovision–2011\" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov deyib.
Onun sözlərinə görə, hər bir xalqın, hər bir millətin özünəməxsus mədəniyyəti var: \"Ona görə də biz ətrafımızda olan və bütün dünya ölkələrindən seçilirik. Çünki bizim özümüzə məxsus mədəniyyətimiz var və biz bununla fəxr etməliyik".
E.Qasımov bu ərəfədə insanların dünya sivil qaydalarına son dərəcə həssas yanaşmasının vacibliyini bildirdi: "Mədəniyyət elə bir şeydir ki, əgər öz mədəniyyətini itirmədən başqa xalqların mədəniyyəti ilə qarışdıra bilsən, çox gözəl nəticə verər".
Builki "Eurovision" müsabiqəsinə gəlincə isə qaliblərimiz Eldar Qasımov və Nigar Camal bu il də birincilik arzuladıqlarını bildirdilər: "Əlbəttə ki, birinci yeri biz çox istərdik. Əsas odur ki, iştirakçımız ölkəmizi layiqincə təmsil etsin. Və desinlər ki, bu, Azərbaycan idi və bu ölkə bu il də çox möhtəşəm bir ifa, möhtəşəm bir performans göstərdi".
Birinci olmağın asan yolunu isə qaliblər belə izah etdilər: "Birinci olmaq üçün biz Nigarla heç nə etmədik. Sadəcə, çıxdıq səhnəyə və özümüzü 3 dəqiqə ərzində gözəl hiss etdik. Bildik ki, bu 3 dəqiqə bizim həyatımızın ən vacib anları və zirvəsidir. Biz çalışdıq ki, Azərbaycana qələbə gətirək və buna nail olduq, çünki biz bu qələbə üçün ürəyimizi qoymuşduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB