Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” nümayiş etdiriləcək

Mübariz İbrahimova həsr olunmuş “Mübarizli Vətən” nümayiş etdiriləcək

Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan "Mübarizli Vətən" adlı ədəb-bədii tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin "Bura Vətəndir" Məclisi və Qadınlar Şurasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi "Təəssüb" poeması əsasında hazırlanan "Mübarizli Vətən" ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlıdır.

Tədbirdə bir sıra elm, incəsənət, ədəbiyyat, mədəniyyət xadimləri, ölkənin aparıcı mətbu orqanlarının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edərək, çıxış edəcəklər. Çıxış edənlər Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycanın yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyəti, onların torpağa məhəbbət hislərinin formalaşmasında, Vətənə, xalqa sədaqət və mübarizlik əzmini gücləndirmək məqsədi daşıması haqqında fikirlərini bölüşəcəklər.

Tədbirdə həmçinin, Mübariz İbrahimova həsr olunmuş musiqi parçaları səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə