Türkiyədə “Ağsu möcüzəsi” sərgisi keçiriləcək

Türkiyədə “Ağsu möcüzəsi” sərgisi keçiriləcək

Fevralın 14-dən 19-dək "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Muğla şəhərində "Ağsu möcüzəsi" sərgisi keçiriləcək.

SİA-nın xəbərinə görə, təşkil olunan sərgidə tanınmış fotoqraf Məmməd Rəhimovun Ağsu arxeoloji ekspedisiyasının materiallarını özündə əks etdirən fotopanellər, orta əsr Ağsu şəhərinin konservasiya olunmasında yaxından iştirak edən və konservasiya müddətində müşahidə etdiklərini kətana köçürən bərpaçı-rəssam Cahangir Əhmədovun rəsm əsərləri nümayiş olunacaq.

Tədbir çərçivəsində Muğla Universitetində iki ölkə alimlərinin iştirakı ilə "Azərbaycanın maddi mədəniyyəti və Xocalı" mövzusunda seminarın keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, qədim tariximizin və zəngin mədəniyyətimizin təbliğinə həsr olunmuş silsilə tədbirlər bundan əvvəl Türkiyənin Amasiya və Trabzon şəhərlərində təşkil edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə