\"Oskar\" üzrə ən yaxşı xarici film nominasiyasına iddiaçılar seçilib

\"Oskar\" üzrə ən yaxşı xarici film nominasiyasına iddiaçılar seçilib

\"Oskar\" üzrə ən yaxşı xarici film nominasiyasına iddiaçılar seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollivudda \"Oskar\" üzrə ən yaxşı xarici film nominasiyasına iddiaçılar arasında alman rejissoru Vim Vendersin "Pina", İran rejissoru Əsğər Fərhadinin "Nader və Siminin boşanması", İsrail rejissorunun "Haşiyə" filmi də vardır.


İndi amerikalı kinoakademiklər 9 film arasından mükafat uğrunda mübarizə aparacaq 6-nı seçməlidirlər. Qızıl heykəlcik uğrunda mübarizə fevralın 26-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə