Kann Film Festivalının builki münsif heyətinin rəhbəri bəlli olub- FOTO
Fransanın cənubunda yerləşən Kann şəhərində təşkil edilən 65-ci Kann Film Festivalının builki münsif heyətinin rəhbəri bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, builki festivalın jurisinin rəhbəri İtalyan aktyoru, rüjissor və prodüsser Nanni Moretti olacaq.
16-27 mayda keçiriləcək festivalın təşkilatçıları, 2001-ci ildə \"Qızıl Palma\" mükafatına layiq görülən "The sun room" filminin aktyoru və rejissoru Nannini bu vəzifəyə seçiblər.
58 yaşlı Moretti keçən il rejissoru və aktyoru olduğu \"Habemus Papam\" filmi ilə Kann-da təmsil olunub.
Qeyd edək ki, keçən il Kann Film festivalında münsif heyətinin rəhbəri Robert De Niro idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB