Seulda 20 ölkədən olan musiqiçilərin iştirakı ilə "The one Yeta" adlanan konsert keçirilib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, proqram iştirakçılarının ifasında tamaşaçılara müxtəlif kompozisiyalar təqdim edilib.
Hazırda İzmir Universitetində çalışan azərbaycanlı musiqiçi Ələsgər Abbasov öz ifası ilə yerli tamaşaçıları heyrətləndirib.
"Çox yaşa sən Ayşə" mahnısını bir neçə alətdə (klavesin, ud, gitara) ifa edən Ə.Abbasovun çıxışı böyük alqışlarla qarşılanıb.
Qeyd edilir ki, "The one Yeta" proqramının hazırlanmasında məqsəd dünya musiqiçilərini sülhə töhfə vermələri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB