Azərbaycanlı şagirdlər Türkiyədə beynəlxalq festivalda iştirak edəcəklər

Azərbaycanlı şagirdlər Türkiyədə beynəlxalq festivalda iştirak edəcəklər
Mayın ikinci on günlüyündə Türkiyədə VII Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçiriləcək. Adıçəkilən festivalda azərbaycanlı şagird və aktyorların iştirakı da nəzərdə tutulub.


SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, festivala qatılacaq məktəb teatrları artıq iştirak ərizələrini təşkilatçılara təqdim ediblər.


Festivalda yerli məktəb teatrları ilə yanaşı, xaricdən yalnız Azərbaycan və Almaniya nümayəndələrinin iştirakı gözlənilir.


Təşkilatçıların yaydığı məlumatda o da bildirilir ki, gənc aktyorlara dəstək məqsədi ilə bir sira peşəkar teatr aktyorlarının da festivalda çıxışı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə