\"Eurovision- 2012\"nin ilk təntənəli mərasimi yanvarın 25-də keçiriləcək

\"Eurovision- 2012\"nin ilk təntənəli mərasimi yanvarın 25-də keçiriləcək

Yanvarın 25-də "Eurovision" mahnı müsabiqəsinin açarının təqdimetmə mərasimi keçiriləcək. "Eurovision-2012" İşçi Qrupundan SİA-ya verilən məlumata görə, müsabiqənin əsas mərasimlərindən olan bu tədbirdə "Eurovision-2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək.


"Buta Palace"da keçiriləcək bu təntənəli mərasim çərçivəsində "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək ölkələr arasında püşkatma da olacaq. Püşkatma nəticəsində mayın 22-də keçiriləcək birinci yarımfinalda və mayın 24-də keçiriləcək ikinci yarımfinalda Bakı səhnəsində çıxış edəcək ölkələr müəyyənləşəcək.


Tədbirin vacib məqamların biri isə "Eurovision" mahnı müsabiqəsinin konsepsiyasının təqdimatı olacaq. Tədbirdə müsabiqənin loqo və şüarı da açıqlanacaq. Təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.


Qeyd edək ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə