\"BAFTA-2012\"nin namizədləri bəlli olub

\"BAFTA-2012\"nin namizədləri bəlli olub

İngilis Film və Televiziya Sənətləri Akademiyası (BAFTA) mükafatlarının bu ilki namizədləri müəyyən olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səssiz film olan \"The Artist\" 12 nominasiya, \"Tinker Tailor Soldier Spy\" filmi isə 11 nominasiya ilə mükafata namizəddir.

\"The Artist\" filmi ən yaxşı film və ən yaxşı rejissor kateqoriyaları üzrə namizədlər sırasındadır. Filmin iki aktyoru Cin Duarcin və Berenis Bejo da ən yaxşı kişi və ən yaxşı qadın roluna görə qeydə alınıb.

Qeyd edək ki, mükafatlanma mərasimi fevralın 12-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə