Fransanın “Eurovision-2012» təmsilçisinin ifa edəcəyi mahnı müəyyənləşib

Fransanın “Eurovision-2012» təmsilçisinin ifa edəcəyi mahnı müəyyənləşib

Fransanın "Eurvision-2012" təmsilçisinin ifa edəcəyi mahnı müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, əslən İndoneziyadan olan Anggunun oxuyacağı mahnı "Əks-səda - Sən və mən" ("Echo - You and I") adlanır. Mahnının səsyazması isə bu həftə olacaq.


Məlumat üçün bildirək ki, ingilis və fransız dilində olacaq mahnının müəllifi Veronika Ferrarondur.


Qeyd edək ki, Veronika Ferraro məşhur DJ David Guetta ilə işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə