Gənc Tamaşaçılar Teatrında “açıq qapı” elan ediləcək

Gənc Tamaşaçılar Teatrında “açıq qapı” elan ediləcək

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan "Açıq qapı" günü keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin gün əvvəlcə teatrın kollektivi yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar hadisəsinə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.


"Açıq qapı"da 20 yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə