Eldar və Nigar Türkiyədə Qar Festivalına qatılacaqlar

Eldar və Nigar Türkiyədə Qar Festivalına qatılacaqlar

Türkiyənin Ərzurum vilayətində keçiriləcək Qar Festivalında bir çox xarici və yerli səfirliklərlə yanaşı, bir çox tanınmış müğənnilər iştirak edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 26–dan 28-dək baş tutacaq festivalın əsas məqsədi Ərzurumun və Türkiyənin qış idman oyunları növlərinin inkişaf səviyyəsinin dünyaya tanıdılmasıdır.


Festivalda Rusiyadan buz şoumenləri, \"Eurovision- 2011\" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Türkiyənin müğənnisi İbrahim Erkalın iştirak edəcəyi də nəzərdə tutulub.


Festival çərçivəsində qardan heykəllər düzəldiləcək, müsabiqələr, mədəni və idman tədbirləri təşkil olunacaq.


Bundan əlavə, Ərzurumu tanıdan 100 fotoşəkil ölkənin müxtəlif şəhərlərindəki hotellərdə və hava limanlarında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə