Cavadxanın anım tədbirlərinə hazırlıq işləri gedir

Cavadxanın anım tədbirlərinə hazırlıq işləri gedir

Gəncə xanı Cavadxanın hər il keçirilən anım mərasimlərinə artıq hazırlıq işləri başlanılıb. Gəncə Dövlət Dram Teatırı bu il də Cavadxana həsr olunan bədii kompozisiya nümayiş etdirəcək. SİA-nın bölgə müxbirinin məlumatına görə, artıq sənət əsəri üzərində rejissor və aktyor truppası son məşqlərini aparır. Ötən illərdən fərqli olaraq kompozisiyanın nümayişi Gəncəyə rəhbərilik edən Cavadxanın məzari yanında deyil onun adını daşıyan küçədə həyata keçiriləcək. Kompozisiyanın qurluşçu rejissoru, əməkdar inğəsənət xadimi Vaqif Şərifov, ssenari müəllifi isə Ramiz Vəliyevdir.

Sənət əsərində proseslər Cavadxanın Gəncə sərkərdəsi kimi son illərindən bəhs edir. Sərkərdənin tək qalması, bununla yanaşı mərdilik və qəhramanlıqla döyüşməsi xüsusi olaraq əksini tapır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə