Fransanın \"Eurovision\"dakı mahnısı məşhur ulduzların ifaları stilində olacaq

Fransanın \"Eurovision\"dakı mahnısı məşhur ulduzların ifaları stilində olacaq

Fransanın \"Eurovision-2012\"nin təmsilçisi Anggun yanvarın 23-də Bakıda ifa edəcəyi mahnını təqdim edəcək. SİA-nın "escdaily.com"a istinadən verdiyi məlumata görə, mahnı Maroon 5 və Christina Aguilera tərəfindən ifa olunan "Move like Jagger" stilinə bənzəyəcək. Mahnının müəəlifləri Jan-Pyer Pilo və Uiliem Rosodur.


Anggun müsabiqədə geyəcəyi paltar haqda da məlumat verib. O qeyd edib ki, geyimi məşhur fransız dizayner Jan-Pol Qotye hazırlayacaq.


Qeyd edək ki, Fransa birbaşa mayın 26-da keçiriləcək "Eurovision" finalında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə