"Eurovision- 2012" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək müğənni Can Bolomo yəhudi əsilli olması ilə bağlı iddialara cavab verib. SİA-nın türk mətbuatına istinadən veridiyi məlumata görə, TRT-nin "cəsur bir qərar verdiyini" deyən C. Bolomo, bildirib ki, müsabiqədə möhtəşəm çıxışı ilə hamını təəccübləndirəcək.
\"Musiqi ingilis dilində olarsa, daha çox şansımız olacaq\"
"İfa edəcəyimiz musiqidə mütləq milli çalarlar öz əksini tapacaq. Bundan əvvəlki \"Eurovision\" mahnı müsabiqəsinin hazırlıq mərhələlərini izləyirik. Mahnının türk dilində olması ehtimalı var. Amma ingilis dilində olsa şansımız daha da çox olacaq. 3 musiqi hazırlayacağıq və bunlar münsiflər tərəfindən dəyərləndiriləcək.
"Mən türkəm, yəhudi olmaq isə bir dindir"
Can Bonomo, yəhudi əsill olması ilə bağlı deyilən iddialara belə cavab verib: "Mən türkəm, yəhudi olmaq isə bir dindir. Musiqinin dili, dini, irqi yoxdur. Türkiyədə 36 ayrı etnik mənşədən ibarət xalq yaşayır. 540 ildir ki buradayıq. Türkəm və Türkiyəni təmsil edəcəyəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB