Azərbaycanın “Eurovision -2012\" milli seçimlərində bir həftə fasilə olacaq
Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün İctimai Teleradionun canlı efirində həyata keçirilən milli seçimlərin səkkizinci həftəsində fasilə yaranacaq.
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, fasilənin yaranmasına səbəb növbəti həftənin 20 Yanvar – ümummilli matəm gününə təsadüf etməsidir. Bildirilir ki, seçimlərin 8-ci həftəsi yanvarın 23-dən start götürəcək. Yanvarın 27-də milli seçimlərin səkkizinci yarımfinalçısı müəyyən ediləcək.
Xatırladaq ki, hazırda milli seçimlərin 7-ci həftəsi keçirilir. Bu həftə ənənəyə uyğun olaraq 9 iştirakçı yarımfinala çıxmaq uğrunda yarışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB