Elnur Kərimov: “Bir çox kanallar yalançı iddialarla özlərinə reytinq qazanırlar” - MÜNASİBƏT
"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının artıq 84 yaşı var. əvvəlki vaxtdan teatrdaxilində söz-söhbətlər olur. Bütün bu kimi hallarda teatr daxilində həll olunmalıdır". Bunu SİA-ya Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov teatr daxilində bəzi aktyor və aktrisalarla, teatrın baş rejissoru Cənnət Səlimova arasında yaşanan narazılığa münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, aktyorların əsas vəzifəsi nümayiş etdirdiyi tamaşalarda insanları tərbiyələndirmək və onlara xoş ab-hava yaşatmaqdır: "Bir neçə ildir ki, teatrımız inkişaf etməyə başlayıb. Tamaşaçıları teatra cəlb etmək üçün əlimizdən gələni edirik ki, tamaşalar yüksək səviyyədə hazırlansın. Buna görə də bu kimi məsələləri efirə çıxarmaq düzgün deyil".
Teatr aləmində baş verən hadisələri kənara çıxarmağın əleyhinəyəm deyən aktyor: "Burada çalışanlar uşaq deyillər ki, oturub onlara nəyisə başa salasan. Hər kəs bu sənətdə öz sözlərini demiş və arxalarında sənətləri və bu işlərinə görə də müəyyən mükafat alan insanlardır. Hansısa kanalların bu məsələləri həddindən çox qabardması özləri üçün reytinq qazanmasına görədir. Öz adıma deyə bilərəm ki, teatrımızın yaşaması üçün əlimdən gələni əsirgəməyəcəm",- deyə əlavə edib.
Elnur Kərimov onu qeyd edib ki, teatr daxilində nə baş verirsə hamısı yaxşılığa doğrudur: "Zaman keçəcək və hər şey öz qaydasına düşəcək. teatr daxilində bir- birimizə necə münasibət göstəririksə kənarda da o cür mehriban olaq".
Kamera teatrının və Gənc Tamaşaçılar Teatrının aktyorları arasında ayrı-seçkiliyin olub- olmaması məsələsinə münasibət bildirən aktyor qeyd edib ki, heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: "Çünki həmin teatrlar birləşəndən sonra rəhbərliklər tamaşalara baxır və öz məsləhətlərini verirlər. hətta onu da deyə bilərəm ki, bizim teatrın aktyorlara onlara nisbətən daha yaxşı və maraqla oynayırlar. Çünki biz öz üzərimizdə daha çox çalışırıq. əgər aktyor öz rolundan imtina edirsə və işini layiqli şəkildə yerinə yetirmirsə o zaman rejissor buna nə etsin?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB