ABŞ-da şou-biznes və əyləncə sənayesinin aparıcı nəşrlərindən olan "The Hollywood Reporter"in yaydığı məlumata görə, Azərbaycan ədəbiyyatının klassik əsəri Qurban Səidin "Əli və Nino" romanı ekranlaşdırılacaqdır.
Bədii filmin ssenari müəllifi Oskar mükafatına layiq görülən Kristofer Hamptondur. "PeaPie Films" Britaniya istehsal şirkətinin başçısı Kris Taykiyer ilk dəfə 1937-ci ildə işıq üzü görən kitabın film müəllifliyi hüququnu əldə edib. Filmin baş prodüsseri Leyla Əliyeva olacaqdır. Əsərin qəhramanları Əli Xan və Nino Kipiani 20-ci əsrin əvvəlində kosmopolitan, neftlə zəngin, müxtəlif mədəniyyətləri birləşdirən Azərbaycanın paytaxtı Bakıda yaşayırlar. Əli müsəlan, Nino isə Avropa baxışlı xristian gürcü qızıdır. Onlar fərqlərə baxmayraq uşaqlıqdan bir-birini sevirlər. Əli məktəbi bitirdikdən sonra Nino ilə evlənmək qərarına gəlir.
"The Hollywood Reporter" 33 dilə tərcümə edilən "Əli və Nino" əsərini 20-ci əsrin ən original hekayələrindən biri adlandırıb. Kristofer Hamptonun sözlərinə görə, o, kitabı oxuduğu andan bu gözəl tərzdə yazılan və bu gün də aktuallığını itirməyən əsərə vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB