“Eurovision-2012”-nin keçirilməsinə könüllü yardım etmək istəyən 500 nəfər müraciət edib

“Eurovision-2012”-nin keçirilməsinə könüllü yardım etmək istəyən 500 nəfər müraciət edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Eurovision 2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə könüllü cəlb olunmaq istəyənlərdən müraciətlərin qəbulu başa çatıb.


ARGTMŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlər yanvarın 2-dən 6-dək qəbul edilib. Milli Şuradan bildirilib ki, ümumilikdə 500 nəfər müraciət edib.


Onların arasından 200-ü "Eurovision-2012" Mahnı Müsabiqəsində könüllü kimi iştirak şansı qazanacaq.


Seçimlər zamanı xarici dilləri bilmə, etik davranış qaydalarına dair bacarıqlar, tolerantlıq, motivasiya, liderlik qabiliyyəti, özünə inam, cəld qavrama kimi meyarlar əsas götürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə