Azərbaycanlı prodüser beynəlxalq film festivalında iştirak edəcək
Fevralın 9-dan 19-dək Almaniyanın paytaxtı Berlində 62-ci Beynəlxalq "Berlinale" film festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda ölkəmizi Finlandiyada yaşayan azərbaycanlı prodüser Tahir Əliyev təmsil edəcək.
137 ölkənin 4300 namizədi arasından seçilən T.Əliyev festivalda prodüseri olduğu yeni "Woman on hold" ("Gözləyən qadın") filmi ilə iştirak edəcək. Bu ekran əsəri Avropanın, o cümlədən Finlandiyanın bir neçə film fondları, Avropa Sənədli Filmlər Şəbəkəsi (EDN) və İtaliyanın Turin şəhərində keçirilən Avropada sənədli filmlər forumu tərəfindən böyük dəstək alıb.
Məlumat üçün bildirək ki, film Finlandiyanın 1-ci və İspaniyanın "Chello Multi" telekanalları ilə birgə Zambiyanın paytaxtı Lusakada çəkilib. "Gözləyən qadın" filmi artıq ötən ildə Hollandiyada keçirilən Beynəlxalq Rotterdam və Amsterdam kinofestivallarının tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunub.
Qeyd edək ki, T.Əliyevin 2004-cü ildə ilk işi olan "Melanxoliyanın 3 otağı" filmi 2005-ci ildə Finlandiyanın ən yaxşı sənədli film mükafatına, eləcə də Venesiya kinofestivalının insan hüquqları və 30-dək digər mükafatlara layiq görülüb. T.Əliyev 2004-cü ildən etibarən Finlandiyada təhsil alıb və 2007-ci ildə Helsinki Metropolia Universitetində təhsilini magistr dərəcəsi ilə tamamlayıb.
Hazırda T.Əliyev bu il Bakıda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsində nümayəndə meneceri və prodüser vəzifələrində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB