“Eurovision-2012”nin tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə 387 nəfər iştirak edib

“Eurovision-2012”nin tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə 387 nəfər iştirak edib

"Eurovision Mahnı Müsabiqəsi-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) müxtəlif yaş kateqoriyasına aid 387 nəfər iştirak edib. SİA-nın məlumatına görə, seçimə qatılan hər iştirakçının "Eurovision Song Contest Bakı-2012" yazılmış plakatın qarşısında fotoları çəkilib. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar.


"Eurovision Mahnı Müsabiqəsi-2012" ilə bağlı Azərbaycanın tanıtım video çarxlarının çəkilişləri üçün keçirilən seçimlərdə (kastinq) iştirak edən vətəndaşlar xoş düşüncələrini İşçi Qrupuna ifadə ediblər və kastinqin yüksək səviyyədə təşkilindən razılıqlarını dilə gətiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə