Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 80 illik yubileyi qeyd edəcək
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 80 illik yubileyi ərəfəsində konsert proqramları ilə çıxış edəcək. SİA-nın məlumatına görə, 80 illik tarixə malik olan Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri yeni, gənc muğam qalibləri ilə birgə yeni layihə üzərində işləyirlər. Orkestr Səid Rüstəmov, Hacı Xanməmədov, Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Cahangir Cahangirovun əsərlərindən ibarət konsert üzərində işləyir. Paralel olaraq 1946-cı ildə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Səid Rüstəmovla birgə Şərqdə xalq çalğı alətləri üçün ilk notlu "Arşın mal alan" operettasının da məşqləri gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB