Marqaret Tetçer haqqında çəkilən filmə baxmaqdan imtina edib

Marqaret Tetçer haqqında çəkilən filmə baxmaqdan imtina edib

Britaniya Kinematoqrafiya İnstitutunda rejissor Fillid Lloydun \"Dəmir ledi\" filminin nümayişləri artıq başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin karyerasına həsr olunan bu bioqrafik dram kino tənqidçiləri tərəfindən müsbət qarşılansa da, səbəbkar və ailə üzvləri lentə baxmaqdan qəti imtina ediblər.

Ölkənin yerli mətbuatında dərc olunan yazılarda M. Tetçer bildirib ki, aktrisa Meril Strip ekranda onun real obrazını yarada bilməyib. \"Dəmir ledi\" özünün möhtəşəm karyerasının əyləncəyə çevriməsindən məyus olduğunu qeyd edib. Tetçer Mühafizəkar partiya rəhbərliyinə aşkar şəkildə işarə edib ki, əgər ona ikona kimi baxılarsa, onda torilərin yüksək eşalonundakı siyasətçilər kinofilmə baxmadqan imtinada ona dəstək olmalıdırlar.

Bütün tənqidlərə baxmayaraq bir sıra ekspertlər hesab edir ki, aktrisa Meril Stripin rolu ona üçüncü \"Oskar\" qazandıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə