Sabah “Eurovision-2012”nin promo-video çarxlarının çəkilişləri üçün kastinqlərə start veriləcək- FOTO

Sabah “Eurovision-2012”nin promo-video çarxlarının çəkilişləri üçün kastinqlərə start veriləcək- FOTO

Sabah "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinqlərə start veriləcək. SİA-nın məlumatına görə, kastinqlər "Eurovision-2012"nin işçi qrupu tərəfindən verilən elanın davamıdır.

Kastinqlərin yanvarın 6-da, saat 10-dan 20-yə kimi davam edəcək. Kastinqlər "Eurovision-2012" işçi qrupunun rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, ötən həftələrdə "Eurovision-2012" müsabiqəsinin işçi qrupu bu prosesinin həyata keçirilməsi ilə əlaqədar əhali arasında aşağıdakı məzmunda elan yayıb: "Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyirsən?! Elə isə şəkil və özün haqda məlumatı bizə göndər! Yaş həddi yoxdur! Biz məhz səni axtarırıq! Bəli, bəli , SƏNİ!!!"

Müraciətləri göndərmək üçün elektron ünvan və telefon nömrələri də göstərilib. Bununla bağlı "Eurovision Song Contes Baku-2012"nin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə