Albaniyanı \"Eurovision- 2012\"də Rona Nişliu təmsil edəcək - FOTO
Gələn il Azərbaycanda keçirilən "Eurovision -2012" mahnı müsabiqəsində Albaniyanı milli seçimin qalibi Rona Nişliu təmsil edəcək. SİA-nın müsabiqəsinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Albaniyanın "Eurovision" müsabiqəsinin təmsilçisini seçmək üçün təşkil olunan Festivali i Kenges müsabiqəsi 1962-ci ildən başlayaraq hər il keçirilir. 2004-cü ildən etibarən isə müsabiqə üçün təmsilçini seçir.
Məlumat üçün bildirək ki, Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu Bakıda "Suus" adlı mahnısı ilə çıxış edəcək.
Qeyd edək ki, 2011-ci ildə Albaniyanı "Eurovision"da Aurela Gaçe təmsil edib. Lakin o final mərhələsinə vəsiqə qazana bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB